Tələbələrlə görüş

Naxçıvan  Dövlət  Texniki  Kollecində “Naxçıvanqaz” İstehsalat Birliyinin direktoru R.A. İsmayılovun hamiliyə verilən “İstilik təchizatı və istilik texnikası avadanlıqları” ixtisası üzrə təhsil alan tələbələrlə görüşü keçirilmiş, görüşdə “Naxçıvanqaz” İstehsalat Birliyinin direktoru Ramin İsmayılov demişdir:

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 03 aprel 2019-cu il tarixli 339-05/S nömrəli Sərəncamı ilə Naxçıvan Dövlət Texniki Kolleci üzrə “İstilik təchizatı və istilik texnikası avadanlıqları” ixtisası “Naxçıvanqaz” İstehsalat Birliyinə hamiliyə verilmişdir.

Ətraflı: Tələbələrlə görüş

İxtisasartırma kurslarında tədris davam etdirilir

Bu il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Ali Məclisin Sədri “Naxçıvanqaz” İstehsalat Birliyinə qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların ixtisas hazırlığına cəlb olunmasına diqqət artırılmalı tapşırığını verib.

Hazırda “Naxçıvanqaz” İstehsalat Birliyinə tabe şəhər, rayon qaz istismar idarələrində, qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə onların ixtisas hazırlığına qrup halında cəlb olunmaları təşkil edilir. Fəaliyyətə başladığı gündən indiyədək Naxçıvan Regional Peşə Tədris Mərkəzində sözügedən ixtisasartırma kurslarına 155 nəfər işçi cəlb olunub.

Ətraflı: İxtisasartırma kurslarında tədris davam etdirilir

Payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər keçirilib

Naxçıvan Muxtar Respublikası “Naxçıvanqaz” İstehsalat Birliyində keçirilən iclasda birliyin direktoru Ramin İsmayılov məruzə ilə çıxış edib. Qeyd olunub ki, payız-qış mövsümündə davamlı və dayanıqlı təbii qazla təminat üçün qaz təchizatı sistemində texniki baxış tədbirləri davam etdirilir, təbii qaz nəqlinin soyuq hava şəraitinə uyğun gələn texnoloji rejimdə həyata keçirilməsi üçün tədbirlər görülür. Yerlərdə istismara yararsız vəziyyətə düşmüş qaz xətlərinin və avadanlıqların müəyyən edilərək yenilənməsinə, sayğacdankənar istifadə hallarının qarşısının alınmasına nəzarət artırılır.

Ətraflı: Payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər keçirilib

Təbii qazdan səmərəli istifadə üçün məqsədyönlü tədbirlər görülməsi diqqət mərkəzindədir

    Sədərək Rayon Qaz İstismar İdarəsindən aldığımız məlumata görə, 1 avqust 2019-cu il tarixə rayon üzrə təbii qaz istehlakçılarının ümumi sayı 2365 olub. Bunun 2289-u əhali, 76-sı qeyri-əhali abonentləridir. Bəhs olunan dövrdə Qaz İstismar İdarəsinə daxil olan müraciətlərə əsasən 62 yeni qaz çəkilişi olub. 78 sayğaca mühafizə qutusu quraşdırılıb. İstismarda olan daşıyıcı, paylayıcı qaz kəmərlərinə və onların üzərində olan kranlara, siyirtmələrə, qaztənzimləyiciyə, qazpaylayıcı şkaflara texniki baxış keçirilib, aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı tədbirlər görülüb. Qazın texnoloji rejimə uyğun nəql olunmasını təmin etmək də diqqətdə saxlanılıb.

Ətraflı: Təbii qazdan səmərəli istifadə üçün məqsədyönlü tədbirlər görülməsi diqqət mərkəzindədir